Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü
05-okt, 11:52 207 Kriminal
Moskva-Gəncə reysi ilə Azərbaycana gələn sərnişin təyyarədə infarkt keçirib.“Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 4-ü saat 15 radələrində qeydə alınıb.
Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Kəhriz İmran qızı Həsənovanın halı pisləşib. O, eniş edən təyyarədən endirilsə də, Gəncə Beynəlxalq Hava Limanında vəfat edib.
Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.





