Trampın təklifinə bu foto ilə cavab verdi

ABŞ prezidentliyinə namizəd Donald Tramp amerikalı milyarder İlon Maska qalib gələcəyi təqdirdə öz komandasında işləməyi təklif edib. 
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, prezident seçkilərində qalib gələcəyi halda milyarderə administrasiyada müşavir vəzifəsini təklif edib.
İ.Mask isə “X” sosial şəbəkəsində paylaşım edərək Trampın bu təklifinə cavab verib. O özünün fotoşopla hazırlanmış fotosunu paylaşaraq “Xidmət etməyə hazıram” yazıb. Sözügedən fotoda Maskın dayandığı tribunada ABŞ-də mövcud olmayan “Hökumət Səmərəliliyi Departamenti”nin (Department of Government Efficiency) adı qeyd olunub.
Bir çox sosial şəbəkə istifadəçisi Maskın bu addımının ironiya və reklam olduğunu iddia edib. Belə ki, tribunada qeyd olunan departamentin adının abreviaturası DOGE formasındadır ki, bu da milyarder tərəfindən təşviq edilən kriptovalyutanın adıdır.