Marlon Brando Maykl Ceksonun kiçik oğlunun bioloji atasıdır? - İDDİA

Marlon Brando Maykl Ceksonun kiçik oğlunun bioloji atasıdır? - İDDİA
Hollivud əfsanəsi Marlon Brando müğənni Maykl Ceksonun kiçik oğlunun bioloji atası ola bilər.
 Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mirror" nəşri müğənninin ailəsinə yaxın mənbələrə istinadən məlumat verib.
 Uzun illər ərzində Maykl Ceksonun uşaqlarının atasının kimliyi mübahisə mövzusu olaraq qalırdı. Sənətçinin kiçik oğlu Blanket (indi Biqi) 2002-ci ildə surroqat anadan dünyaya gəlib və onun kimliyi heç vaxt açıqlanmayıb.
 Mənbənin sözlərinə görə, insanlar deyirdilər ki, Maykl donor spermasından istifadə edib və iddia olunduğu kimi, donorlardan biri də Marlon Brando ola bilər.
 "Onlar hər ikisi meqaulduz olublar və çox yaxın olublar, ona görə də onların arasında böyük etimad olub. Buna görə də bu barədə uzun müddət danışılmayıb", - deyə mənbə nəşrə bildirib.
 Məlumata görə, Ceksonun özünün sərbəst şəkildə uşaq atası ola bilmədiyi iddia edilir, donorluq haqqında məlumatlar isə ancaq dar çevrəyə məlum idi.
 Bildirilir ki, 2004-cü ildə vəfat edən Marlon Brando ən azı 11 uşağın atası olub və Maykl Ceksonla yaxın dostluq münasibətləri saxlayıb. Aktyorun oğlu Miko Brando uzun illər müğənninin cangüdəni işləyib.
 Hazırda bu versiyanın rəsmi təsdiqi yoxdur. Cekson ailəsinin nümayəndələri məsələyə şərh verməyiblər.