Amansız xəstəliklə mübarizə aparır
11-sen, 09:35 6 Şou biznes
“Aşk-ı Memnu” serialındakı “Arsen xanım” rolu ilə tanınan 81 yaşlı teatr və kino aktrisası Gülsen Tuncer ağır xəstəliklə mübarizə aparır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Film-San” Fondu sosial media hesabında paylaşıb.
“Çox dəyərli aktrisamız Gülsen Tuncerə Allahdan şəfalar diləyirik. Hazırda amansız bir xəstəliklə mübarizə aparır. Dualarımız onunladır”,- deyə paylaşımda bildirilib.
1945-ci il təvəllüdlü sənətçi aktrisalıqla yanaşı, bəstəkarlıq və pedaqoji fəaliyyətlə də məşğul olub. O, “Soğuktu ve Yağmur Çiseliyordu” və “Bir Tren Yolculuğu” filmlərindəki rollarına görə “Ən yaxşı köməkçi qadın aktrisa” mükafatlarını qazanıb.





