İrem yıxılıb xəstəxanalıq oldu
13-yan, 09:14 174 Şou biznes
Türkiyəli müğənni İrem Derici bədbəxt hadisə ilə üzləşib.“Qafqazinfo” “Sabah” nəşrinə istinadən xəbər verir ki, sənətçi Mersindəki konsertindən əvvəl evində yıxılıb.
Xəstəxanaya aparılan sənətçinin kəllə-beyin travması aldığı üzə çıxıb.
Onun bu səbəbdən konserti təxirə salınıb. İfaçı hazırda müalicə alır.





