Teylor “Spotify”da yeni rekorda imza atdı
01-okt, 08:09 46 Şou biznes
Dünyaşöhrətli müğənni Teylor Svift “Spotify”da yeni rekorda imza atıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun yeni albomu “The Life of a Showgirl” hələ buraxılmamışdan əvvəl 5 milyondan çox ön-saxlama toplayıb.
Bu, platformanın tarixində bu mərhələyə çatan ilk albomdur.
Qeyd edək ki, albom oktyabrın 3-də satışa çıxarılacaq.





