“Mənim təşəbbüsümlə Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərmişik”
09-okt, 09:59 1 Siyasət
“Prezident Donald Tramp 8 avqust 2025-ci ildə ev sahibliyi etdiyi Vaşinqton Sülh Zirvəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında tarixi rol oynayıb”.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
“Sülh prosesinə verdiyi böyük töhfənin tanınması məqsədilə Azərbaycan və Ermənistan mənim təşəbbüsümlə Prezident Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstəriblər.
Səmimi qəlbdən ümid edirik ki, Prezident Trampın regionumuzda davamlı sülhün təmin edilməsi üçün göstərdiyi tarixi səylər builki Nobel Sülh Mükafatı qərarında layiqincə qiymətləndiriləcək”, - paylaşımda qeyd olunub.




