Füzuli sakini: “Tarixi anların bir parçası olmaqdan qürur duyuram”
18-dek, 09:32 89 Siyasət“Tarixi anların bir parçası olmaqdan qürur duyuram”.
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Mətanət Zeynalova deyib.
O bildirib ki, Füzuli şəhərindən çıxarkən 12 yaşı olub:
“Füzulidən atam, anam, bacım və qardaşımla çıxmışdım. Atam qələbəmizi gördü, amma bu günləri görə bilmədi. Çox istəyərdim ki, atam da bu günləri görsün. Bizə bu günləri yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola düşür. Bununla da 380 ailənin (1 392 nəfərin) doğma yurda köçü və məskunlaşması təmin edilib.