Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub.
SOCAR-dan “Qafqazinfo”ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək.
Belə ki, Ş.Hüseynov müvafiq əmrlə SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri təyin edilib.
Qeyd ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından  “Azneft”ə rəhbərlik edirdi.