Biri lisey direktoru olmaqla 15 nəfər işdən çıxarıldı
04-iyn, 16:18 63 SiyasətNeftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru, Şirvan şəhər 16 saylı tam orta məktəbin direktor əvəzi, 2 müavin və dərnək rəhbəri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin isə direktor müavini və 9 təhsil işçisi işdən azad edilib.
Bu barədə “Qafqazinfo”ya Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, aparılan yoxlamalar zamanı aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilib.
Eyni zamanda bildirilib ki, hazırda Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır.