“Makron istefa verə bilər” - KİV
11-iyn, 11:38 73 Siyasət“Fransa Prezidenti Emmanuel Makron parlament seçkilərində sağçılar qələbə qazanarsa, dövlət başçısı postundan istefa verməsi ehtimalını yaxın ətrafı ilə müzakirə edir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Europe 1” radiostansiyası yayıb.
“Prezidentin istefası tabu deyil. Bəli, bu gün bütün ssenariləri nəzərdən keçirmək lazımdır. O öz beşillik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır”, - deyə mənbə bildirib.
Bununla belə, bildirilir ki, istefaya yollanmaq Fransa liderinin üstünlük verdiyi variant deyil: “Prezidentin seçə biləcəyi digər strategiya sağçı “Milli Birlik” partiyasının parlament seçkilərində qələbə qazanması halında həmin partiya ilə rəhbərlikdə birlikdə mövcud olmaqdır”.
Xatırladaq ki, E.Makron iyunun 9-da Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılması və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş tutacaq. Fransada sonuncu dəfə parlamentin aşağı palatası 1997-ci ildə Prezident Jak Şirak tərəfindən buraxılmışdı.
Qeyd edək ki, E.Makron 2017-ci ilin mayından Fransa Prezidentidir.