Orxan Məmmədov Urakəranda sakinlərlə görüşdü - Fotolar

orxan-memmedov-urakeranda-sakinlerle-gorusdu
Oktyabrın 29-da Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Urakəran kəndində rayonun Urakəran, Avun və Qaraqaya kəndlərinin sakinləri ilə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
“Qafqazinfo” xəbər verir ki, 160-a yaxın sakinin iştirak etdiyi səyyar qəbulda çıxış edən RİH başçısı Orxan Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən danışıb.
Vətəndaşların müraciətlərinin dinlənilməsinin, yaşayış məntəqələrində mövcud problemlərin öyrənilməsinin və həlli istiqamətində iş aparılmasının əhəmiyyətini vurğulayıb. Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində yerində müzakirələr aparılıb, həlli mümkün olan müraciətlər dərhal həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.