“Modern İnkişaf və Ailə “İctimai Birliyi ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirib+FOTOLAR


“Modern İnkişaf və Ailə “İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib. 
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və Müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müvani Sədaqət Qəhrəmanova, Yazıçı-publisist,ictimai-siyasi xadim Elmira Axundova, YAP veteranlar şurasının üzvü Xeyrəddin Qoca, Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova, Milli Qəhrəman Anar Mirzəyev, Yeni Azərbaycan Partiyasının Veteranlar şurasının üzvüləri, YAP Nəsimi, Səbail rayon təşkilatının sədrləri, tanınmış ictimai-siyasi fəal şəxslər, QHT rəhbərləri iştirak edərək çıxış ediblər.
Tədbiri giriş çıxışı ilə “Modern İnkişaf və Ailə “İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının veteranlar şurasının üzvü Zərifə Quliyeva açaraq qeyd edib ki, sadə zəhmətkeş bir Azərbaycanlı ailəsində dünyaya göz açan, manelərdən, çətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində təmsil olunan Heydər Əliyev Azərbaycan tarixində qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur. Fəxrlə deyə bilərik ki, müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir.
Birlik rəhbəri çıxışında onu da xüsusi olaraq vurğulayıb ki, Heydər Əliyevin bütün sahələrdə həyata keçirdiyi daxili və xarici siyasət bu gün Onun siyasi kursun layiqli davamçısı Qalib Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tam əminliklə deyə bilərik ki, qüdrətli Prezidentimiz  İlham Əliyevin dəmir yumruğu nəticəsində tarixi qələbə zəfərini qazanmış xalqımız bundan sonrada öz layiqli liderinin ətrafında birləşərək Qərbi Azərbaycan torpalarını yenidən öz əzəli, əbədi sahibinə qaytaracaq, hələ neçə-neçə zəfər müjdələrini xalqımıza, əziz millətimizə bəxş edəcəkdir.
Qeyd edək ki, tədbirdə Ulu öndər Heydər Əliyevin zəngin və çoxşəxəli fəaliyyətindən bəhs edən sənədli filim nümayiş etdirilib.
Nicat Cəfərov Millixəbər.az