Azərbaycan polisi 105 il şərəfli yolda
01-iyl, 20:55 127 Gündəm / Siyasət / CəmiyyətTarixi Zəfərimizin müstəqilliyimiz kimi əbədi olması naminə daxili işlər orqanlarının hər bir əməkdaşı bundan sonra da dövlətə qətiyyətlə və fədakarlıqla xidmət edəcək.
105 ildir ki, şərəfli yol keçən Azərbaycan polisi iyulun 2-də peşə bayramlarını qeyd edir. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranmış mürəkkəb vəziyyət, ölkə həyatının bütün sahələrini bürümüş hərc-mərclik və özbaşınalıq hüquq mühafizə strukturlarından da yan keçməmişdi. Belə ağır vəziyyətdə xalqımızın təkidi ilə 1993-cü ilin iyununda Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu ideologiyasının, habelə milli inkişaf modelinin əsasını qoydu. Demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Ümummilli Liderimiz Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi Günü elan olundu.
Vətən müharibəsi bitdikdən sonra Azərbaycanda güc strukturlarının peşə bayramı xüsusi şəraitdə qeyd olunur. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də polis əməkdaşları fədakarlıq göstərib, Vətəni müdafiə edib. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdandan sonra da Azərbaycan polisi ictimai-siyasi sabitliyi qorumağa nail olub və bundan sonra Prezidentin siyasətinə, xalqımıza, dövlətimizə sədaqətlə xidmət edəcək. Qeyd edək ki, Azərbaycan polisi dövlət başçımız İlham Əliyev tərəfindən daima yüksək dəyərləndirilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 gün davam edən Vətən müharibəsində döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun döyüş qabiliyyəti və maddi-texniki təminat baxımından beynəlxalq standartlara tam cavab verməsi, təkmilləşməsi istiqamətində uğurlu siyasət yürüdən dövlətimizin başçısının həyata keçirdiyi islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti də yeni müstəviyə yüksəlib.
Onu da qeyd edək ki, 2020-ci il tarixə Azərbaycanın şanlı Qələbəsi ili kimi yazılmaqla yanaşı, COVID-19-la mübarizənin dərinləşdiyi, bu öldürücü virusun insanların sağlamlığını təhdid dövrü kimi də xarakterizə olunacaq. Hər iki cəbhədə mübarizə birliyimizi, həmrəyliyimizi vacib amil kimi önə çəkərək «Biz birlikdə güclüyük!» çağrışının real həyatda öz əksini tapması ilə diqqət çəkir. Hər iki mübarizədə, ümumiyyətlə, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təminatında asayiş keşikçilərinin, təhlükəsizlik orqanları əməkdaşlarının rolu danılmazdır. Onlar hər zaman dövlətimizi, dövlətçiliyimizi, təhlükəsizliyimizi qoruyur, Vətənə, xalqa xidmət missiyasını şərəflə yerinə yetirirlər.
Polis əməkdaşlarının əməyi hər zaman dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 gün davam edən Vətən müharibəsində döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun döyüş qabiliyyəti və maddi-texniki təminat baxımından beynəlxalq standartlara tam cavab verməsi, təkmilləşməsi istiqamətində uğurlu siyasət yürüdən dövlətimizin başçısının həyata keçirdiyi islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti də yeni müstəviyə yüksəlib. Bu təkmilləşmənin, yeniləşmənin nəticələri istər COVID-19-la mübarizə, istərsə də İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin, sabitliyinin yüksək səviyyədə təmin olunmasında özünü qabarıq şəkildə göstərir. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili İşlər Nazirliyinin əməkdaşlarından yüzlərlə polis nəfərini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Məhz Azərbaycan polisi də ictimai sabitliyin təmin olunması naminə aparılan hər hansı əməliyyatlarda itki versə də, üzərinə düşən vəzifənin öhdəsindən qətiyyətlə gəlir. Çünki Azərbaycan polisinin əsas amalı vətəninə, dövlətinə sədaqətli xidmət etməkdir. Məhz bu göstəricilər vətəndaşların polisə inam və etimadını daha da artırır, insanlar özlərini daha təhlükəsiz, daha güvənli bir cəmiyyətdə hiss edirlər. Polis ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu və hüquq qaydalarını təmin etmək kimi mühüm vəzifələrin öhdəsindən layiqincə gəlir.
Göründüyü kimi, bu gün hər bir vətəndaş əmindir ki, fəaliyyətinin 105-ci ildönümünü qeyd edən Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyində, dövlətin etibarlı mühafizəsindədir.
Teymur Hacıyev
Azərbaycan Respublikası DİN,
Gəncə Şəhər Polis İdarəsinin rəisi,
Polis general mayoru
Biz də "Zeferyolu.az" informasiya agentliyi olaraq başda cənab Nazirimiz Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarını və Gəncə Şəhər Polis İdarəsinin rəisi, polis generalı Teymur Hacıyevi və idarənin əməkdalarını peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirik. Yorulmaz iş fəaliyyətində uğur, qalibiyyət və zəfər diləyirik.
Yaşasın Azərbaycan polisi!
Fərid Faiqoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü