Makronun Əliyevə zəngi: Fransa nə etməyə çalışır? - TƏHLİL
30-avq, 13:48 108 Gündəm / SiyasətAvqustun 29-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək müzakirələr aparıb.
Makronla Əliyevin müzakirələri Fransanın Cənubi Qafqaz siyasətində növbəti mərhələni həyata keçirmək cəhdi ilə əlaqəli məsələləri əhatə edir.
Makronun Əliyevə zəngi:
- Fransa rəsmilərinin İrəvandan Xankəndiyə humanitar yük daşınmasını müşayiət etməsinin fonunda,
- Azərbaycanın isə alternativ olaraq Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə humanitar yük göndərməsinin işığında diqqətəlayiqdir.
Makronun Əliyevlə danışığından sonra bu qənaət hakim olur ki, Fransa Azərbaycanla Ermənistan liderlərini öz vasitəçilik masası ətrafında danışıqlara cəlb etmək istəyir.
Çünki Makron eyni gündə Ermənistanın baş naziri Nikol Paşinyanla da danışıb.
Ümumi planda Fransanın məntiqi regionda münaqişəli vəziyyət yaradıb özünü həmin konfliktlərin yaratdığı boşluqlara sızdırmaq prinsipinə söykənir.
Azərbaycan və Türkiyə strateji müttəfiqliyi, regionda yaranmış reallıqlarda rol alan aktorların maraqlarının konteksti isə Fransanın çarxını əksinə fırladır.
Paris nə qədər güc versə də, qlobal itkilərini Cənubi Qafqaz hesabına kompensasiya etmək cəhdlərindən nəticə qopara bilmir.
Qeyd edim ki, qlobal məkanda Fransanın sıxışdırılması spesifik mövzudur və mürəkkəblik dərəcəsi elə səviyyədədir ki, yalnız münaqişələr vəd edir.
Çünki Fransa ABŞ və Böyük Britaniyanın müştərək, Rusiyanın isə ayrıca təzyiqlərinə qarşı tab gətirmək üçün başqa problemli ərazilərdə eskalasiya riski yaratmağa həvəs göstərir. Paris bunu rəqiblərinə qarşı tarazlaşdırıcı akt kimi qiymətləndirir, hərçənd ki, Rusiya ilə sövdələşmələr də Parisin siyasəti üçün adi vərdişlərdən birinə çevrilib.
Bunlardan savayı, nüvə silahına malik olan Fransanın xarici siyasət doktrinasının əlahiddə ekspansiya spesifikası mövcuddur, yəni Paris sıxışdırılmasaydı belə, yenə eyni addımlar atacaqdı.
Ona görə də Fransanın Cənubi Qafqaz siyasətini həm rəsmi Parisin qlobal nüfuz dairəsindəki təcridi, həm də onun ayrıca xarici siyasət hədləri fonunda başa düşmək lazımdır.
Hərçənd ki, Paris Cənubi Qafqaz orbitində istədiklərini ala bilməkdə aciz vəziyyətə düşür və getdikcə dişlərini daha çox qıcayır.
Fransa bərk qışqırsa da, regiona diş batıra bilmir, əvəzində Azərbaycana qarşı rəsmi və diplomatik etiket qaydalarını tapdalayan mövqe nümayiş etdirir.
Çünki Fransa bilir ki, onun müşayiət etdiyi yük maşınlarını Azərbaycan “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçirməyəcək. Parisin məqsədi heç o TIR-ları Qarabağa göndərmək də deyil, sadə məntiq belə deyir ki, Fransanın məramı Azərbaycanı təxribata çəkməkdir.
Həm də Ağdam-Xankəndi marşrutuna qarşı Gorus-Xankəndi yolunun alternativ kimi təqdim edilməsi Parisin regionda aktivləşmək cəhdlərinin yeni dalğasını göstərir.
Lakin ipləri əlindən buraxan Fransa Qarabağda açıq qalan məsələlərdə, Azərbaycan-Ermənistan sərhəd delimitasiyası məsələlərində nə qədər çox ermənipərəst mövqe tutursa, bu, onun regionda təsir yaratmaq üçün real imkanlarını azaldacaq.
Makron buna görə Əliyevə, belə demək mümkünsə, ağız açır, o mənada ki, Fransanın regiondakı rolunu sülh və təhlükəsizlik mühiti formalaşdıran formul kimi izah etməyə çalışır.
Bu, Fransa diplomatiyasında yeni bir hal deyil, Azərbaycan da Parisin yalançı sözlərinə inanan deyil. Ona görə də Makronun Əliyevlə danışıqları Azərbaycan-Fransa münasibətlərindəki Ermənistanla bağlı təməl mübahisələrə son qoymaqdan uzaqdır.
Fransanın niyyəti Azərbaycan-Ermənistan münasibətləri üzərindən informasiya şəraiti yaratmaq, bununla özünün rolunu beynəlxalq gündəmdə təbliğ etməkdir - Makron-Əliyev danışıqlarının ümumi ruhunu bu cür təsvir etmək olar.
Fransanın səy göstərdiyi başqa bir məqam Qarabağda Rusiya sülhməramlılarının mandatı başa çatdıqdan sonra özünü həmin zonaya hansısa formada daxil etməkdir, lakin bu planın baş tutacağı real səslənmir.
Aqşin Kərimov