“Makron istefa verə bilər” - KİV
11-iyn, 11:38 41 Siyasət![](/uploads/posts/2024-06/1718091560_8.jpg)
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Europe 1” radiostansiyası yayıb.
“Prezidentin istefası tabu deyil. Bəli, bu gün bütün ssenariləri nəzərdən keçirmək lazımdır. O öz beşillik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır”, - deyə mənbə bildirib.
Bununla belə, bildirilir ki, istefaya yollanmaq Fransa liderinin üstünlük verdiyi variant deyil: “Prezidentin seçə biləcəyi digər strategiya sağçı “Milli Birlik” partiyasının parlament seçkilərində qələbə qazanması halında həmin partiya ilə rəhbərlikdə birlikdə mövcud olmaqdır”.
Xatırladaq ki, E.Makron iyunun 9-da Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılması və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş tutacaq. Fransada sonuncu dəfə parlamentin aşağı palatası 1997-ci ildə Prezident Jak Şirak tərəfindən buraxılmışdı.
Qeyd edək ki, E.Makron 2017-ci ilin mayından Fransa Prezidentidir.