Bayramov Almaniyaya getdi
13-fev, 11:06 136 Siyasət
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb.“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.





