İşdən çıxarılan icra başçısını kim əvəz edir?

İşdən çıxarılan icra başçısını kim əvəz edir?
Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı sərəncamla Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 Bəs hazırda İcra Hakimiyyətinə kim rəhbərlik edir?
 Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasova keçib.
 Xatırladaq ki, icra başçısı vəzifəsindən azad edilən Süleyman Mikayılov 16 il Qaradağ rayonuna rəhbərlik edib.