Həkim-onkoloq: “55 yaşdan yuxarı qadınlar daha çox gecikmiş mərhələdə müraciət edirlər”
24-iyn, 12:07 110 Cəmiyyət“Müşahidələr göstərir ki, qadınlar ev şəraitində süd vəzisində törəmələrin əlamətlərinə rast gəlsələr belə, heç bir ağrı vermədiyi üçün həkimə müraciət etmirlər. Belə olan təqdirdə xəstəlik ağırlaşır və nəticə heç də ürəkaçan olmur”.
Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 7 nömrəli Şəhər Poliklinikasının həkim-onkoloqu Ramilə Əliyeva deyib.
Həkimin sözlərinə görə, süd vəzi xəstəliklərinin vaxtında aşkarlanmasında və onun ağır fəsadlarının qarşısının alınmasında qadınların ərazi üzrə poliklinikalara zamanında müraciət etmələri olduqca mühüm rol oynayır:
“Xəstə ilə söhbət edərkən anamnez məlumatlarından məlum olur ki, qadınlar süd vəzində törəməni özləri aşkar etsələr də (yuyunarkən), heç bir ağrı vermədiyi üçün həkimə müraciət etmirlər. Daha çox sümüklərində ağrı, dəridə hər hansı bir qızartı simptomları yaranarkən məcburiyyət qarşısında qalaraq poliklinikaya üz tuturlar. Lakin bu mərhələdə xəstələrə tətbiq olunan müalicə müsbət nəticə vermir”.
Həkim-onkoloq xəstəliyin vaxtında aşkarlanması və erkən müdaxiləsi məqsədilə xanımların ildə ən azı iki dəfə, hər altı aydan bir ultrasəs müayinəsindən (USM), 35 yaşından yuxarı olanların isə süd vəzində törəmə şübhəsi varsa, mütləq mammoqrafiyadan (MMQ) keçmələrini tövsiyə edib.
Ramilə Əliyeva bildirib ki, faktiki olaraq bu gün ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə (poliklinikalara) 55 yaşdan yuxarı qadınlar daha çox gecikmiş mərhələdə (IV mərhələdə) müraciət edirlər:
“Onlarda daha çox gərginlik, ağrı və sancı simptomları müşahidə olunur. Bəzən isə bu xəstəlik heç bir əlamət olmadan inkişaf edir. Təbii ki, bu zaman vaxtında müdaxilə edilməməsi çox ciddi fəsadlara səbəb olur”.
Mütəxəssisin sözlərinə görə, onlar hər zaman süd vəzilərinin simmetriyasına (gilələrin içəriyə girib-girməməsinə) fikir verməli və hər hansı asimmetriya müşahidə edildikdə dərhal həkimə müraciət etməlidirlər.