Bakı sakini bıçaqlanıb
12-noy, 12:59 332 Cəmiyyət
Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.APA xəbər verir ki, hadisə “Babək Plaza”nın yaxınlığında qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Tofiq Zabit oğlu İsayev dava zamanı bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.





