Hacıqabulda 70 yaşlı qadını maşın vurub öldürdü

Hacıqabulda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə şəhərin İ.Qayıbov küçəsində baş verib. 32 yaşlı Aqil Ələkbər oğlu Əkbərov idarə etdiyi “Opel Vectra” markalı avtomobillə 70 yaşlı Qızbəs Abuzər qızı Muxtarovanı vurub. Yaralı yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.