DİN-dən “Son zəng”lə bağlı - Müraciət
13-iyn, 13:40 64 CəmiyyətDaxili İşlər Nazirliyi “Son zəng”lə bağlı valideynlərə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, müraciətdə “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis tərəfindən tədbirlərin görüləcəyi bildirilib:
“Tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.
Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər.
Avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək”.