ABŞ 66 beynəlxalq təşkilatdan çıxdı
08-yan, 08:38 9 Dünya
ABŞ Prezidenti Donald Tramp ölkəsinin artıq Amerika maraqlarına xidmət etmədiyini bildirdiyi 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan Prezident Memorandumunu imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, ABŞ ümumilikdə 66 qurumdan çıxacaq.
Bunlardan 35-i BMT-yə üzv olmayan beynəlxalq təşkilat, 31-i isə Birləşmiş Millətlər Təşkilatının müxtəlif qurumlarıdır.
Ağ Evdən verilən açıqlamada qeyd olunub ki, qərar ABŞ-nin milli maraqlarını qorumaq və xarici siyasət prioritetlərini yenidən formalaşdırmaq məqsədi daşıyır.





