Hədələdiyi prezidentlə görüşəcək

hedelediyi-prezidentle-gorusecek
ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ Evdə görüşəcək.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.
“Kolumbiya Prezidenti Qustavo Petro ilə danışmaq mənim üçün böyük şərəf idi. O, narkotik və digər fikir ayrılıqları ilə bağlı vəziyyəti izah etmək üçün zəng etdi.
Onun zəngini və üslubunu yüksək qiymətləndirdim. Yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm.
Dövlət katibi Marko Rubio ilə Kolumbiyanın xarici işlər naziri arasında razılaşmalar əldə edilir. Görüş Vaşinqtonda, Ağ Evdə keçiriləcək”, - o qeyd edib.
Xatırladaq ki, ABŞ lideri yanvarın 3-də keçirdiyi mətbuat konfransında Kolumbiya rəhbərini hədələmişdi. “Kolumbiya Prezidenti Qustavo Petronun kokain istehsal edən fabrikləri var. O, kokain istehsal edir və onu ABŞ-yə göndərir. O, diqqətli olmalıdır”, - deyə o bildirmişdi.