Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı

Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı
Böyük Britaniyada gənc qadın apendisit ağrısı hesab etdiyi şiddətli ağrı ilə xəstəxanaya gəlib, lakin 45 dəqiqə sonra özünün də gözləmədiyi halda uşaq dünyaya gətirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Bildirilir ki, 21 yaşlı Demi-Li Sefton adlı britaniyalı qadın hamilə olduğundan şübhələnməyib. Həkimlər sonradan izah ediblər ki, körpə xüsusi vəziyyətdə inkişaf edib və buna görə də qadının qarnı nəzərə çarpmayıb. Bu cür hallar tibb praktikasında nadir rast gəlinir.
Onun partnyoru Bred Barrinqton əvvəlcə telefonda eşitdiyi şok xəbərə inanmayıb. Cütlük əvvəlcə ev almağı, sonra isə uşaq sahibi olmağı planlaşdırırmış.
Demi-Li bildirib ki, onun müntəzəm olaraq qanaxmaları olub və bunu menstruasiya (aybaşı) zənn edib. Hamiləlik tipik simptomlar olmadan, yalnız periodik olaraq mədə qıcqırması ilə davam edib.
Xəstəxanaya yerləşdirildikdə hamiləlik müddəti təxminən 30 həftə olub. Tibb işçiləri xəstəni təcili doğuş üçün operativ şəkildə doğum şöbəsinə köçürüblər.
Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı
Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı