Yaponiyada parlamentin aşağı palatası buraxıldı
23-yan, 11:03 20 Dünya
Yaponiya hökumətinin üzvləri yekdilliklə parlamentin Nümayəndələr Palatasını buraxmaq qərarına gəliblər.
Oxu.Az xəbər verir ki, məlumatı NHK telekanalı yayıb.
Xəbərə görə, müvafiq sənəd yanvarın 23-də keçirilən iclasda kabinet üzvləri tərəfindən imzalanıb.
"Nümayəndələr Palatası bu gün plenar iclasda buraxıldıqdan bundan sonra müvafiq fərman elan ediləcək və hər bir partiya faktiki olaraq seçki kampaniyasına başlayacaq", - nəşr bildirib.





