Qrenlandiya rəsmisi adanın satışı ilə bağlı açıqlama verdi

Qrenlandiya rəsmisi adanın satışı ilə bağlı açıqlama verdi
"Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçmək ehtimalı ilə bağlı istənilən müzakirələr qəbuledilməzdir".
 Oxu.Az-ın xəbərinə görə, bu barədə Qrenlandiya parlamentinin vitse-spikeri Bentiarak Ottosen "RİA Novosti"yə müsahibəsində bildirib.
 "Qrenlandiya satılmır. Qrenlandiyalılar, Qrenlandiyadakı və Danimarkadakı vətəndaşlar üçün vəziyyət çox çətindir", - deyə Ottosen qeyd edib.
 Onun sözlərinə görə, ABŞ tərəfindən səslənən bu cür bəyanatlar sakinlər arasında ciddi narahatlıq doğurur, onların çoxu xarici nəzarətdən ehtiyat edir.
 O vurğulayıb ki, adanın gələcəyi yalnız onun əhalisi tərəfindən müəyyən edilməlidir.