Qayıdan kimi 34 milyard dollar varlandı
24-noy, 10:00 12 Dünya
Jensen Huanq “Nvidia”nın baş icraçı direktoru vəzifəsinə yenidən təyin edildikdən sonra onun xalis sərvəti 24 saatdan az müddətdə təxminən 34 milyard dollar artaraq 144 milyard dollara çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Bildirilib ki, qayıdış xəbərindən sonra şirkət səhmlərinin kəskin bahalaşması nəticəsində “Nvidia” təsisçisinin sərvəti 30 faizdən çox yüksəlib.
Hazırda Huanq “Forbes”in milyarderlər siyahısında 13-cü yerdə qərarlaşıb. Qalmaqal fonunda sərvətinin dörddə birindən çoxunu itirən iş adamı bundan əvvəl reytinqdə 18-ci yerə düşmüşdü.
Qeyd edək ki, “Nvidia” bazar ertəsi elan edib ki, Direktorlar Şurası Huanqın baş icraçı direktor və prezident vəzifələrinə qaytarılması üçün yekdilliklə səs verib. Şirkət bildirib ki, ABŞ hökumətinin yüksəkvəzifəli rəsmilərindən məlumat aldıqdan sonra Direktorlar Şurası onun qayıdışının milli təhlükəsizlik üçün heç bir risk yaratmadığı qənaətinə gəlib. “Bloomberg” agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Direktorlar Şurası bu qərarı bazar günü günortadan sonra şirkətin ali rəhbərliyi ilə məsləhətləşmədən qəbul edib.





