Türkiyə Respublikası Ədalət Məhkəməsində təltif mərasimi keçirilib


Türkiyə Respublikası Ədalət Məhkəməsində Arhd.az İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmail Zalov hüquq sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə medal və təltifnamə ilə mükafatlandırılıb.

Təltif hüquq üzrə professor, Türkiyə və Avropa İnsan Haqları müdafiəçisi, tanınmış hüquqşünas və fəxri hakim Mustafa Kıyık tərəfindən təqdim olunub.

Mərasim zamanı çıxış edən İsmail Zalov Avropa İnsan Haqları Məhkəməsində Türkiyə Respublikasının hüquqi mövqeyini müdafiə etdiyini bildirib. O, çıxışı zamanı Azərbaycan Respublikasına və Azərbaycan vətəndaşlarına şərəflə xidmət etdiyini vurğulayıb.

İsmail Zalov qeyd edib ki, Azərbaycan dövləti hüquqi və demokratik dövlətdir, ölkədə “siyasi məhbus” anlayışı mövcud deyil, məhkəmələr ədalətli qərarlar qəbul edir və məhkəmə sistemi şəffaf fəaliyyət göstərir. O, həmçinin Azərbaycanın hüquq-mühafizə orqanlarının yüksək səviyyədə fəaliyyət göstərdiyini və vətəndaşlara şərəflə xidmət etdiyini diqqətə çatdırıb.