“Rahat” marketin bu filialı alıcıları aldadır

“Rahat” marketlər şəbəkəsinin Bakının Yeni Günəşli ərazisində olan filialında istehlakçıların hüquqları pozulur.
Bu haqda ərazidə yaşayan sakinlər XALQ-a məlumat verib. Onların xəbərinə görə, marketdə qiymətlər şişirdilib və digər filiallarla müqayisədə baha satılır. Halbuki eyni məhsulları digər “Rahat” marketlərindən daha ucuz qiymətə almaq mümkündür. Həmçinin marketin vitrin qiyməti ilə kassada qiyməti fərqlənir. Bu da müştərinin aldadılması faktıdır. Sakinlər qeyd edirlər ki, Antiinhisar Xidmətin marketdə yoxlamalar aparmasına zərurət var.