“Müasir İnsan resurslarının İnkişafı” İB-i yeni bir layihənin icrasına start verib
27-fev, 13:22 171 Gündəm“Müasir İnsan resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi şəhid ailələri və müharibə iştirakçıları arasında dövlətin sosial siyasəti və bu sahədə mövcud olan qanunvericiliklə bağlı maarifləndirmə işi aparmaq, nəzərdə tutulan benefisiar qruplara ödənişsiz hüquqi yardım göstərməkdir.
Layihə rəhbəri Zamin Zeynal Millixəbər. az-a bildirib ki, layihə dövründə şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardımlar göstəriləcək, eləcə də layihədə qaldırılmış problemin həlli istiqamətində Bakı, Abşeron və İmişlidə ümumi məlumatlandırma və maarifləndirici tədbirlər həyata keçiriləcək.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir İnsan resurslarının İnkişafı” İB-i tərəfindən həyata keçiriləcək “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsinin icrası 3 ay müddətində (01.02.2023-30.04.2023) nəzərdə tutulub.
Millixəbər. az