Peşəkarlıq və humanizm nümunəsi – Həkim-radioloq Nicat Bağırov
16-mar, 15:23 16 Gündəm / Səhiyyə
Azərbaycan səhiyyə sisteminin inkişafında öz peşəkarlığı, humanistliyi və insanlara olan diqqəti ilə seçilən həkimlərimiz çoxdur. Bu həkimlər sırasında öz bilik və bacarığı, pasiyentlərə göstərdiyi yüksək diqqət və qayğı ilə tanınan həkim-radioloq Nicat Bağırov xüsusi yer tutur. O, tibb sahəsində fəaliyyət göstərdiyi müddətdə yüzlərlə insanın sağlamlığının qorunmasına və xəstəliklərin vaxtında aşkar olunmasına mühüm töhfələr verib. Nicat Bağırov həm peşəkar həkim, həm də yüksək insani keyfiyyətlərə malik bir ziyalı kimi tanınır.
Radiologiya tibb sahəsində ən mühüm və məsuliyyətli istiqamətlərdən biridir. Çünki xəstəliklərin dəqiq diaqnozu və düzgün müalicə planının hazırlanması məhz radioloji müayinələrin nəticələrindən asılı olur. Nicat Bağırov bu sahədə qazandığı təcrübə və bilikləri ilə həmkarları və pasiyentləri arasında böyük hörmət qazanıb. O, daim yeniliklərə açıq olan, müasir tibbi texnologiyaları və metodları mənimsəyərək tətbiq edən bir mütəxəssisdir. Onun peşəkarlığı və məsuliyyətli yanaşması nəticəsində bir çox xəstəliklər erkən mərhələdə aşkarlanaraq insanların həyatının xilas olunmasına səbəb olub.
Nicat Bağırov təkcə peşəkar həkim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan kimi tanınır. O, hər zaman pasiyentlərinə qayğı ilə yanaşır, onların sağlamlığını özünə ən böyük məsuliyyət hesab edir. Həkimlik peşəsinin yalnız tibbi biliklərdən ibarət olmadığını yaxşı anlayan Nicat Bağırov insanlara ümid verməyi, onları ruhlandırmağı və çətin anlarda dəstək olmağı özünün əsas prinsiplərindən biri kimi qəbul edir. Bu xüsusiyyətlər onu pasiyentlərin və həmkarlarının gözündə daha da hörmətli edir.
Bu gün Azərbaycan dövlətinin əsas prioritetlərindən biri də səhiyyə sisteminin inkişafı və vətəndaşların sağlamlığının qorunmasıdır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkəmizin hərtərəfli inkişafına yönəlmiş siyasət bu gün uğurla davam etdirilir. Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti hazırda onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində mühüm islahatlar aparılır, müasir xəstəxanalar və diaqnostika mərkəzləri tikilərək vətəndaşların istifadəsinə verilir. Bu inkişaf prosesində Nicat Bağırov kimi peşəkar həkimlərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Nicat Bağırov öz fəaliyyəti ilə dövlətimizin sosial siyasətinə dəstək verən ziyalılarımızdan biridir. O, hər zaman şəhid ailələrinə, qazilərə və aztəminatlı insanlara xüsusi diqqət və qayğı ilə yanaşır. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərimizə dəstək göstərmək hər bir vətəndaşın borcu olduğu kimi, Nicat Bağırov da bu məsuliyyəti dərindən dərk edir. O, imkan daxilində bu ailələrə tibbi dəstək göstərir, onların problemlərinə həssaslıqla yanaşır və hər zaman onların yanında olmağa çalışır.Müharibə veteranları və qazilər üçün tibbi xidmətlərin keyfiyyətli şəkildə göstərilməsi Nicat Bağırovun fəaliyyətində xüsusi yer tutur. Onların sağlamlıq problemlərinin həllində göstərdiyi diqqət və qayğı həm dövlətimizin apardığı sosial siyasətin, həm də onun şəxsi humanist mövqeyinin bariz nümunəsidir. Bu isə cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və böyük rəğbətlə qarşılanır.
Eyni zamanda Nicat Bağırov aztəminatlı ailələrin problemlərinə də həssaslıqla yanaşan insanlardan biridir. O, hər zaman imkansız insanlara kömək etməyə, onların müalicə və müayinə prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına dəstək olmağa çalışır. İnsanlara göstərilən bu diqqət və qayğı Nicat Bağırovun yalnız həkim kimi deyil, həm də vətənpərvər və xeyirxah insan kimi nüfuzunu artırır.
Cəmiyyətimizdə belə ziyalı insanların olması hər zaman böyük dəyər hesab olunur. Nicat Bağırov öz peşəsinə olan sədaqəti, yüksək məsuliyyəti və insanlara olan hörməti ilə gənc həkimlər üçün də nümunə təşkil edir. O, daim öz üzərində çalışan, yeni biliklər əldə edən və bu bilikləri praktik fəaliyyətində tətbiq edən mütəxəssisdir. Onun məqsədi hər zaman insanların sağlamlığını qorumaq və tibbin inkişafına öz töhfəsini verməkdir.
Nicat Bağırovun fəaliyyəti sübut edir ki, həkimlik yalnız bir peşə deyil, eyni zamanda böyük məsuliyyət və fədakarlıq tələb edən müqəddəs bir missiyadır. İnsanların sağlamlığını qorumaq, onlara ümid və inam vermək hər həkimin ən ali məqsədidir. Nicat Bağırov da bu prinsiplərə sadiq qalaraq öz fəaliyyətini davam etdirir və cəmiyyətin hörmətini qazanır.
Bu gün Azərbaycan səhiyyəsinin inkişafı üçün çalışan belə peşəkar və fədakar həkimlərin fəaliyyəti dövlətimiz və cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır. Nicat Bağırovun gördüyü işlər, insanlara göstərdiyi diqqət və qayğı onun gələcəkdə də uğurlu fəaliyyət göstərəcəyinə inam yaradır.
Sonda həkim-radioloq Nicat Bağırovu və bütün səhiyyə işçilərini qarşıdan gələn müqəddəs Ramazan bayramı və milli dəyərlərimizin rəmzi olan Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq. Qoy bu mübarək bayramlar hər bir ailəyə sevinc, bərəkət və firavanlıq gətirsin.
Səxavət Nur





