HACI QULİYEV – CƏMİYYƏTƏ XİDMƏTİ -HƏYAT MƏRAMINA ÇEVİRƏN İNSANIN DOĞUM GÜNÜDÜR

Bu gün ictimai fəaliyyət, sosial məsuliyyət və xeyriyyəçilik sahəsində həyata keçirdiyi layihələrlə tanınan Hacı Quliyevin doğum günüdür.

Hacı Quliyev uzun illərdir ki, cəmiyyətin müxtəlif təbəqələrinin rifahına xidmət edən təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edir. Xüsusilə şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyətli şəxslərə, aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan insanlara göstərdiyi diqqət və dəstək onun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Onun təşəbbüsü və iştirakı ilə reallaşan çoxsaylı sosial, mədəni və xeyriyyə layihələri cəmiyyət tərəfindən maraqla qarşılanıb. İnsanların həyatına sevinc və ümid bəxş edən tədbirlər, sosial həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən layihələr, gənclərin və xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına yönəlmiş proqramlar Hacı Quliyevin fəaliyyətində mühüm yer tutur.

İdarəetmə sahəsində qazandığı təcrübə, təşkilatçılıq bacarığı və insan amilinə verdiyi önəm onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. O, çalışdığı sahələrdə peşəkarlığı, məsuliyyətli yanaşması və sosial dəyərlərə sadiqliyi ilə seçilir.

Doğum günü münasibətilə Hacı Quliyevi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, yeni uğurlar və gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.

Arzu edirik ki, bundan sonra da həyata keçirəcəyi faydalı layihələr, insanlara göstərdiyi dəstək və cəmiyyət naminə gördüyü işlər uğurla davam etsin.


Jalə Ağakişiqızı

Zeferyolu.az-ın rəhbəri