Antiterror tədbirlərində DİN-in döyüş yolu
19-sen, 10:43 2 Gündəm / Siyasət
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda bildirilib ki, döyüşlərdə DİN-in hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetirdilər.
Şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur.





