Veteranlar şəhidin yas mərasimində iştirak edib


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev ,AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov ,AVMVİB sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərov ,AVMVİB Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov ,AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Teymuraz Mansurov  , AVMVİB Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov ,AVMVİB Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov , Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov,,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri Azad Cəbrayılov, Qaçay Aslanov, Telman Vəliyev, Vidadi Ağagülov, lham Rüstəmov, Taleh Kərimov, Mübariz Quliyev və digər şəxslər də mərasimə qatılıblar.
Xəbər verdiyimiz kimi, erməni təxribatı nəticəsində üç hərbçimiz şəhid olub.
Həmin gün Abşeron rayonunun Saray qəsəbəsinin sakini Zalov Vidadi Nizami oğludu da şəhid olub.
Bu gün şəhidin 3 mərasimi idi. Mərasimdə mərhumun qohumları, ilə yanaşı, millət vəkili Vahid Əhmədov, Quba rayon İcra başçısı Ziyəddin Əliyev, Abşeron rayon İcra başçısı Abdin Fərzəliyev şəhidin zabit və əsgər yoldaşları tanınmış ictimai xadimlər , ziyalılar iştirak ediblər.
Yas mərasimində çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri qazi və qazi atası Füzuli Rzaquliyev hər bir vətən övladınının həlak olmasından sarsıldıqını bildirib.Füzuli Rzaquliyev vətən uğrunda şəhid olmağın şərəf olduğunu qeyd edib.Sədr bildirib ki, vətən uğurunda döyüşlərdə özümlə yanaşı övladım İlkin Rzaquliyev də döyüşərək qazi olub və eləcə də şəhidimiz Vidadi ilə yanaşı vətən uğurunda savaşaraq şəhid və qazi olan hər bir gənc bizlərin hər birinimizin övladıdır.İki oğul övladım var ikisi də vətənə fəda olsun.Füzuli Rzaquliyev bildirib ki, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Mərasimdə çıxış edən AVMVİB Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik, Elmar Hüseynov şəhidin valideyinlərinə və xalqımıza səbr diləyib.Polkovnik bildirib ki, biz sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq:”Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik.Qəhrəmancasına şəhid olan Vidadi balamız göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin