Vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk - Elşad Hacıyev
02-iyl, 17:57 158 Gündəm / CəmiyyətBir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü - iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənmədi.
Bu barədə "Azərbaycan Reallığı"na Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev açıqlama verib.
Odur ki bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyib anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk.