Prezidentin köməkçisi “France24”ə cavab verib: “Bu, təbliğatın iyrənc formasıdır”


“Fransanın anti-Azərbaycan təbliğatı davam edir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.
O bildirib ki, “France24” nəşrinin məqaləsində azərbaycanlı qadının 2020-ci ildə çəkilən fotosu “erməniləşdirilib”:
“Bu, təbliğatın iyrənc formasıdır. Obyektivlikdən, jurnalist etikasından uzaqdır”.