ŞƏHİDLƏR AMALI BAYRAQ-BAYRAQ BƏRQ...
19-okt, 18:06 92 Gündəm / Cəmiyyət21 oktyabr - Vətən müharibəsi Şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, ilahiyyatçı Maarif Mikayıl oğlu Səfərovun (21.05.1997, Cəlilabad – 21.10.2020, Qubadlı) anım günüdür.
Ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş Şəhidimizin əziz xatirəsini ehtiramla, rəhmətlə yad edir, ithaf etdiyim şeiri qutsal ruhuna salat - salam qismində adına ünvanlayıram.
Ruhuna biçilən Bayraq libası
Vətən sevgisinin nişanəsidir.
Rəbbdən əta olan Şəhid əbası
Çənnətdə əyninin şahənəsidir.
Dünyaya göz açdı bahar çağında,
Əbədiyyət yolu bir payız günü.
Çiçək arzuları könül bağında,
Ellərə səs saldı şəhidlik ünü...
Döğdu səmamızda Zəfər günəşi,
Şəhidlər amalı bayraq-bayraq bərq...
İlahi dərgahda behişt guşəsi,
Maarifin ruhu rəhmət, nura qərq...
✍️ Tapdıq ƏLİBƏYLİ