Botanika İnstitutu ərazisi ətrafında iməclik işləri görülüb

Botanika İnstitutu ərazisi ətrafında iməclik işləri görülüb
AR ETN Botanika İnstitutunun əməkdaşları tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  iməclik təşkil olunub.
İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva, icraçı direktor professor Şakir Qasımov və bir qrup əməkdaşın iştirakı ilə Botanika İnstitutu üçün inşa edilən yeni binanın həyətyanı sahəsində şənbə günü iməcliyi və yaşıllaşdırma işləri həyata keçirilib. Əkilən agac və gül kollarına aqrotexniki qulluq göstərilib və suvarma işləri aparılıb.
Tədbir zamanı professor S.İbadullayeva bildirib ki, yaşıl ölkə, təmiz hava və gələcək nəsillərimizə yaşıl dünya buraxmaq üçün hamımız bacardıqca  ətraf ərazilərimizi yaşıllığa qərq etməliyik. O, əməkdaşların razılığı ilə ənənəvi iməcliyin hər istirahət günləri  təkrarlanacağını vurğulayıb.
Qeyd edək ki, ekologiyanın mühafizəsi Botanika İnstitutunun rəhbərliyi tərəfindən də daim diqqətdə saxlanılıb, yaşıllıq zolaqlarının bərpası və inkişaf etdirilməsi istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib.