Maştağa sakinini öldürən şəxs saxlanıldı


Mayın 3-də axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbə sakini, 1974-cü il təvəllüdlü Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən Maştağa qəsəbəsi sakini, narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Rəşid Babayev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.