NAMUS ÜSTÜNDƏ BALTALANAN ŞİRKƏT RƏHBƏRİ KİMDİR?
22-may, 15:58 614 Gündəm / CəmiyyətSon günlər sosial şəbəkələrdə “Ərkivan Transport” şirkətinin rəhbəri Abdulla Abdullayevin qanusuz əməllərindən saysız tənqidlər dərc olunmaqdadır (Bakunews.tv, Ulutv.info, AFTV tiktok). “Ərkivan Transport” şirkətinin rəhbəri Abdulla Abdullayevin ağlasığmaz əxlaqsızlıqdan və cinayətlərini saymaqla bitməz.
Aldığımız məlumata əsasən son günlərdə isə tutduğu iyrənc və utanverici hərəkətləri insanlar arasında nifrətə gətirib çıxarıb. Həkim kimi çalışan Ağababa Əliverdiyevin ailəsinə qarşı əxlaqsız hərəkətlərinə göz yummaq üçün həkimə Bakıda 3 otaqlı ev alacağını təklif edən şirkət rəhbəri – cavabını baltalanmaqla alacağını düşünməmişdi. Hər bir işi çirkin pullarının hesabına bağlayacağını fikirləşən bu dələduz görəsən kimə arxalanır? Ailəsinin şərəf və ləyaqətini alçaldan bu şəxsin cəzasını özü verəcəyinə qərar verən həkim, Abdulla ilə haqq-hesab çəkmək üçün onun şirkətinə gəlir və onu əlində gətirdiyi balta ilə vuraraq ona çiyin nahiyəsindən zərər yetirir. Bunu görən Abdullanın “qoçuları” təkbaşına olan həkimi 40-a yaxın adamla ölümcül vəziyyətdə xəstəxanalıq edirlər.
Qeyd edək ki, bu şirkət rəhbərinin nə birinci, nə də sonuncu əxlaqsız əməlləridir. Rayonda kasıb təbəqədən olan, onun yanında fəhlə işləyən insanların aqibəti necə olacaq. Belə şirkət rəhbərindən nə tərbiyə götürəcəklər.
“Vətənpərvərlik” adı altında, əyninə qeyri-qanuni əsgər forması geyinərək, əsgərlər “yardım” adı altında çirkin əməllərinə “xeyriyyəçilik” don geyindirərək şəhidlərimizin şəkillərindən istifadə edərək, eyni zamanda azyaşlı uşaqları qabağında qul kimi işlədərək istismar edən Abdulla Abdullayev bu cinayətlərini qanundan kənar əməllərini kimə güvənərək həyata keçirir.
Ana – ata himayəsində ikən məktəbdən və təhsildən ayrı düşən bu azyaşlı uşaqların aqibəti necə olacaq? Maraqlıdır rayon rəhbərliyi, mühafizə orqanları niyə bu şəxsin haqqında bir ölçü götürmürlər. Hansı yollarla 250 maşını əldə edib və qanunsuz tikintilərinə niyə göz yumurlar.
Yixarıda göstərilən sosial şəbəkələrə istinadən dərc edirik. Mövzuya yenidən qayıdacağıq.
Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.