“Son zəng”lə bağlı təlimatları pozan məktəblər cəzalandırılacaq
15-iyn, 12:52 61 Gündəm“Son zəng”lə bağlı təlimatları pozan məktəblər cəzalandırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
“Dünən ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Ümumi təhsil müəssisələrinə əvvəlcədən “Son zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunur.
Agentlik tərəfindən bu tip hallarla bağlı müvafiq araşdırmalar aparılacaq. Məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək”, - məlumatda deyilir.