Ötən ay Azərbaycanda bir sahəyə 187 milyon manat xərcləndi
19-iyn, 11:13 69 GündəmÖtən ay Azərbaycanda ictimai iaşə dövriyyəsi 187,3 milyon manat təşkil edib.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin may ayı ilə müqayisədə 7,5% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6% artaraq 801,8 milyon manat olub.