Genetik saatla insanın ömrünü bilmək real ola bilər

genetik-saatla-insanin-omrunu-bilmek-real-ola-biler
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və xroniki xəstəlik risklərini dəqiqliklə müəyyən edə bilən yeni alqoritm hazırlayıblar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma zamanı insan, meymun, siçovul və siçanlardan götürülən 11 mindən çox toxuma nümunəsi analiz edilib.
Nəticədə məlum olub ki, müxtəlif məməlilərdə yaşlanma ilə bağlı genetik dəyişikliklər böyük ölçüdə oxşardır.
Tədqiqat zamanı məlum olub ki, hüceyrələrin yenilənməsi və yara sağalması ilə bağlı genlərin aktiv olduğu orqanizmlərdə yaşlanma daha yavaş gedir. Xroniki iltihab və hüceyrə ölümü ilə əlaqəli genlərin üstünlük təşkil etdiyi hallarda isə bioloji yaşlanma sürətlənir.
Alimlər bildirirlər ki, bu üsul gələcəkdə dərmanların və sağlam həyat tərzinin yaşlanmaya təsirini daha tez qiymətləndirməyə imkan verə bilər.