Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası

nisanlisi-ya-anan-ya-men-deyibmis
Dünyaca məşhur “Breaking Bad” serialında Uolter Uaytın oğlunu canlandıran amerikalı aktyor Ar Cey Mitt 34 yaşında intihar edərək həyatına son qoyub. Faciəvi ölümdən sonra məşhur aktyorun şəxsi həyatı ilə bağlı təəccüblü təfərrüatlar ortaya çıxıb.
“Qafqazinfo” xəbər verir ki, TMZ nəşrinin ailəyə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Ar Cey Mitt ölümündən bir neçə həftə əvvəl nişanlısı Kennedi Suares və anası Dina Mitt arasında ciddi psixoloji gərginlik yaşayırmış.
İddialara görə, 2025-ci ildə aktyorla nişanlanan Kennedi Suares gələcək qayınanasının münasibətlərinə daimi müdaxilə etməsindən narahat olub. İki tərəf arasında artan münaqişədən sonra Suares Ar Cey Mittin qarşısına kəskin şərt qoyaraq “Ya anan, ya da mən” ultimatumunu verib.
Anası və bacısı Lasiyennə dərindən bağlılığı ilə tanınan Ar Cey Mitt sevdiyi iki qadın arasında seçim etmək məcburiyyətində qaldığı üçün böyük mənəvi böhran keçirib. Yaxınlarının verdiyi məlumata görə, aktyor həyatının son həftələrində bu problemlərə görə son dərəcə depressiv və kədərli görünürmüş.
Qeyd edək ki, 10 illik dostluqdan sonra 2020-ci ildə münasibətə başlayan və 2025-ci ildə nişanlanan cütlüyün Ar Cey Mittin ölümündən bir neçə gün əvvəl ayrılıb-ayrılmadığı dəqiq məlum deyil.