“One Direction”ın ulduzu faciəvi şəkildə öldü
17-okt, 08:21 15 Şou biznesBritaniyalı müğənni və “One Direction” qrupunun keçmiş üzvü Liam Peyn Argentinanın paytaxtı Buenos-Ayresdəki hotelin qarşısında ölü tapılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Nacion” nəşri məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Nacion” nəşri məlumat yayıb.
Bildirilib ki, 31 yaşlı sənətçi Palermo ərazisində hotelin üçüncü mərtəbəsindən yıxılıb.
Qeyd edək ki, Peyn Britaniyanın “One Direction” qrupunda çıxışı ilə məşhurlaşıb. O, qrupda Harri Staylz, Lui Tomlinson, Nayl Horan və Zeyn Maliklə birgə çıxış edirdi. Qrup 2016-cı ildə dağıldı, bundan sonra Peyn solo çıxış etməyə başlayıb.