Qətər əmirinin həyat yoldaşı UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən imtina etdi
16-noy, 14:06 184 SiyasətŞeyxa Moza bint Nasser (Qətərin 3-cü əmiri, siyasi və ictimai xadim, Şeyx Hamad bin Xəlifə al-Taninin üç həyat yoldaşından ikincisi) UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən imtina edib.
Bu addım Şeyxa Mozanın UNESCO ilə bağlı bəyanatından sonra atılıb. Şeyxa Moza bildirib ki, UNESCO İsrailin davam edən bombardmanlarının əsas qurbanları olan Qəzza uşaqlarının xilas edilməsi və onlara kömək göstərilməsi ilə bağlı öhdəliklərinə əməl etməyib.
Şeyxa Moza öz qərarı barədə İstanbulda keçirilən sammit zamanı açıqlama verib. O, 2003-cü ildən qlobal təhsil sahəsində BMT ilə əməkdaşlıq edir.
Xatırladaq ki, 2022-ci ilin noyabrında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da işin çoxluğunu əsas gətirərək UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən imtina edib. Mehriban Əliyeva, eyni zamanda, ümid etdiyini bildirib ki, təşkilat yaxın gələcəkdə öz missiyasını Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə göndərəcək və Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirəcək.
Bu, UNESCO-nun fəaliyyətsizliyinə dair aydın bir işarə idi. Missiya, əlbəttə ki, gəlib çıxmadı. Bütün bunlar - təşkilatı fransız məişət davaları səviyyəsinə endirən deqradasiyanın nəticəsidir.