Nazir ona yüksək vəzifə verdi
07-iyn, 10:27 202 Siyasət
Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyin edilib.“Qafqazinfo”nun məlumatına görə, ədliyyə nazirinin müvafiq əmri ilə bu vəzifəyə Vüqar Ağayev gətirilib.
Qeyd edək ki, V. Ağayev 1980-ci ildə anadan olub. O bu vəzifəyə təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.





