Uşaqlarda inkişaf ləngiməsi

Uşaqlarda inkişaf fərdi olsa da, bəzi hallarda müəyyən yaş mərhələlərində gözlənilən bacarıqlara çatmamaq müşahidə edilə bilər. Bu hal inkişaf  ləngiməsi  adlanır və uşağın motor, nitq, idrak və sosial bacarıqlarında geriləmə ilə xarakterizə olunur. İnkişaf ləngiməsi erkən aşkarlanmadıqda, uşağın təhsil və sosial həyatında təsir edir.
Diqqət, yaddaş və düşünmə bacarıqlarında zəiflik uşağın yaşına uyğun problem həll etmə və yeni məlumatları qavramasına çətinlik yaradır.     
Sosial və emosional inkişaf ləngiməsi digər insanlarla ünsiyyət qurmaqda və duyğularını ifadə etməkdə çətinlikdir. Bu adətən autizm spektor pozuntusu və ya digər nevroloji problemlərlə əlaqəli ola bilər.           
 İnkişaf ləngiməsinin yaranmasına müxtəlif səbəblər təsir edə bilər. Əsas səbəblərin arasında bunları qeyd edə bilərik. Genetik faktorlar, hamiləlik və doğuş zamanı problemlər - oksigen çatışmazlığı, erkən doğuş, infeksiyalar,  qidalanma çatışmazlığı və ya nevroloji xəstəliklər.         
 İnkişaf ləngiməsinin əsas növləri:
Motor ləngimə  
Nitq ləngiməsi
 İdrak ləngiməsi             
 İnkişaf ləngiməsi erkən aşkarlandıqda və müvafiq tədbirlər görüldükdə, uşağın potensialını maksimum inkişaf etdirmək mümkündür. Valideynlərin və mütəxəssislərin əməkdaşlığı bu prosesdə mühüm rol oynayır.

Gülarə Asəfqızı.
Uşaq yeniyetmə psixoloqu