Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya təcili eniş etdi
24-mar, 11:26 24 Cəmiyyət
“Qafqazinfo” xəbər verir ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub.
Müraciətdən dərhal sonra böhran idarəetmə komandası səfərbər edilib, yerüstü xidmətlər operativ şəkildə koordinasiya olunub və bütün təhlükəsizlik tədbirləri görülüb.
Təyyarə yerli vaxtla 00:25-də uğurla eniş edib. Sərnişinə dərhal tibbi yardım göstərilib və o, daha ətraflı müayinə üçün təcili yardım briqadasına təhvil verilərək şəhər xəstəxanalarından birinə çatdırılıb.
Eyni zamanda, “Air Astana” aviaşirkətinin qərarı ilə reysin təyinat nöqtəsinə yola salınması təxirə salınıb. Digər sərnişinlər otelə yerləşdirilib. Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik və peşəkar reaksiya vermək, sərnişinlərin təhlükəsizliyini ən yüksək standartlarla təmin etmək öhdəliyini davam etdirir.
Təhsil - Səhiyyə
daha çoxprev
next